Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > Qadın məhkum intihar etdi - AZƏRBAYCANDA

Qadın məhkum intihar etdi - AZƏRBAYCANDA


26-03-2016, 13:26. Yazar: Xeberaz
Qadın məhkum intihar etdi - AZƏRBAYCANDA
Azərbaycanda məhkum qadın intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Zaqatala rayon sakini, 1959-cu il təvəllüdlü Məryəm Əyyub qızı Murtuzova martın 25-də özünü örpəklə özünü asaraq intihar edib.

Onun 2015-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 6 il 5 ay müddətinə həbs cəzasına məhkum edildiyi bildirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Geri dön