Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Heyvanlarda ölümcül xəstəlik aşkarlanıb

Heyvanlarda ölümcül xəstəlik aşkarlanıb


25-03-2016, 22:46. Yazar: Xeberaz
Heyvanlarda ölümcül xəstəlik aşkarlanıb

Fransada 5 il sonra ilk dəfə heyvanlar arasında dəli dana xəstəliyi yayılıb.

"Xəbəraz.az "-ın məlumatına görə, bu ölkənin Kənd Təsrrüfatı Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, xəstəlik Belçika sərhədlərində Ardennes bölgəsində bir fermada aşkarlanıb. Fakt Avropa Birliyi laboratoriyası tərəfindən də təsdiqlənib.

Nazirliyin açıqlamasına görə, bu, 2015-ci ildən indiyə qədər Avropada aşkarlanan 3-cü faktdır. Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Birliyi faktla bağlı məlumatlandırılıb.

Xalq arasında dəli dana xəstəliyi kimi tanınan Bovine Spongioforum Encephalopathy (BSE) 2 yaş yarımlıq inəklərdə rast gəlinir, ölümlə nəticələnir. Əvvəlcə hərəkət, daha sonra beyin funksiyaları pozulan heyvanlar, digər heyvanlardan qorxmağa başlayır.
Geri dön