Ana Sayfa > Karusel / Hadisə / M2 > Göyçayda beş uşaq atası intihar etdi

Göyçayda beş uşaq atası intihar etdi


25-03-2016, 22:40. Yazar: Xeberaz
Göyçayda beş uşaq atası intihar etdi

Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun İnçə kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü Qəribov Nizaməddin Əliyar oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutublar. Beş uşaq atası olan Nizaməddin Qəribov spirtli içki aludəçisi olub. Məlumata görə, o, intihar edərkən sərxoş olub.

Faktla bağlı Göyçay Prokurorluğu araşdırma aparır.
Geri dön