Ana Sayfa > Karusel / Hadisə / M2 > Arrvadın öldürüb piləkənin altında gizlətmişdi

Arrvadın öldürüb piləkənin altında gizlətmişdi


16-04-2015, 15:12. Yazar: Xeberaz
Arrvadın öldürüb piləkənin altında gizlətmişdi
Bakıda bir neçə gün öncə palaza bükülmüş qadın meyiti tapılıb.

Xeberaz.az əldə etdiyi məlumata görə, hadisə Sabunçu qəsəbəsində baş verib.


S.Bedni küçəsində yaşayan 1953-cü il təvəllüdlü Araz Abizadənin evindən pilləkənlərin altından qadın meyiti tapılıb.

Rusiya vətəndaşı 1970-ci il təvəllüdlü Qalina Leonidovna Korçaqinin çürümüş cəsədi palaza bükülmüş formada tapılıb.

Araşdırma zamanı A.Abizadə deyib ki, 2014-cü ilin dekabrın 26-da Q.Korçaqina onun evində qəflətən ölüb. O da qorxudan polisə məlumat verməyərək meyiti palaza bükərək gizlədib.

Sabunçu Rayon Prokurorluğunun müstəntiqi Ceyhun Hümbətov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ekspertiza təyin edilib: “Hələ ki, meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Kimyəvi ekspertizanı rəyindən sonra qiymət verəcəyik”.

Məlumata görə, A.Abizadə və Q.Korçaqin hər ikisi içki düşkünü olub. Son 3-4 ili ər-arvad kimi bir yerdə yaşayıblar.

Faktla bağlı araşdırma aparılır.
Geri dön