Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Quba və Qusar rayonları ərazisində oğurluq edən dəstə tutuldu

Quba və Qusar rayonları ərazisində oğurluq edən dəstə tutuldu

25-03-2016, 17:16. Yazar: Xeberaz
Quba və Qusar rayonları ərazisində oğurluq edən dəstə tutuldu
"Xəbəraz.az " Report-a istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin(RPŞ) əməkdaşlarinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Quba və Qusar rayonlari ərazisində oğurluqda şübhəli bilinən oğru dəstəsi ifşa olunub.

4 nəfərdən ibarət cinayətkar dəstə bir neçə aydir ki, mağazalardan ərzaq, siqaret, mobil danişiq kartlari, spirtli içkilər, noutbuk, nəğd pul və digər gündəlik tələbat mallari oğurlamaqla məşğul imiş. İstintaq zamani məlum olub ki, cinayətkar dəstənin üzvlərindən əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan var.

Dəstə üzvləri Bağırov Fərhad Əlabbas oğlu, Şahkərəmov Şahin İmran oğlu, Fərhadov Emin Novruz oğlu və Qafarov Əfran Vidadi oğlu etdikləri əməllərini istintaqa etiraf ediblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Geri dön