Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Bakıda yeni yol tikilir
Bakıda yeni yol tikilir25-03-2016, 15:15. Yazar: Xeberaz |
Sürücülərə alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur. Sabahdan etibarən Bakı şəhərində daha bir yolun tikintisinə başlanacaq. “Azəravtoyol” ASC-dən verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq martın 26-dan etibarən sözügedən avtomobil yolunda “Azəravtoyol” ASC tərəfindən tikinti işlərinə start verilir. Tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru başlanır. Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Sürücülərə tikinti işlərinin başlanmasını nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur. Geri dön |