Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Gündəş Rza Zərrabla bağlı qərar verdi

Gündəş Rza Zərrabla bağlı qərar verdi


25-03-2016, 14:19. Yazar: Xeberaz
Gündəş Rza Zərrabla bağlı qərar verdi
Əbru Gündəş ABŞ-da həbs olunan azərbaycanlı əri Rza Zərrabın yanına qayıtmaq qərarı verib.

Həyat yoldaşı Rza Zərrab həbs olunandan sonra qızını da götürüb İstanbula qayıdan Əbru Gündəş yenidən Mayamiyə dönəcək. Müğənni 3 həftə Mayamidə qalmağı planlaşdırır.

O, aprelin 4-ü baş tutacaq məhkəmədə həyat yoldaşının yanında olmaq üçün belə bir qərar qəbul edib.

Qeyd edək ki, Rza Zərrab 19 martda Mayami şəhərində həbs olunarkən həyat yoldaşı, məşhur müğənni Əbru Gündəş və 5 yaşlı qızı Alara da yanında olub.
Geri dön