Ana Sayfa > Karusel / Qadınlar / Maraqlı / M2 > Sevginizi gözündən tanıyın! - FOTO

Sevginizi gözündən tanıyın! - FOTO


23-03-2016, 20:30. Yazar: Xeberaz
Sevginizi gözündən tanıyın! - FOTO


Yeni tanıdığınız insanlara etibar etməkdə çətinlik çəkirsiniz? Unutmayın ki, gözlər qəlbin aynasıdır. Yəni, təkcə gözlərə baxmaqla insanın ağlından keçən fikirlər haqqında az da olsa, məlumat toplaya bilərsiniz.

"Xəbəraz.az " publika.az-a istinadən göz formalarına görə xarakter analizini təqdim edir:

Kiçik qıyıq gözlər:

Sirr saxlamağı bacarır. Onun xəyali divarlarını aşmaq çox çətindir, hər insanla münasibət qurmur. Ancaq bir dəfə güvənməyə başlasa, çox yaxşı dost və ya aşiq olar. Sadiqdir.

Böyük göz bəbəkləri:

Onun öz dünyası var. Fikrə gedir, yalnız qalmağa ehtiyac hiss edir. Özü haqqında danışmağı xoşlamır. Onun haqqında informasiyanı çox çətinliklə əldə edə bilərsiniz. Mükəmməllik axtarışındadır.

Kiçik göz bəbəkləri:

Əsəbidir. Ən kiçik səhviniz onu özündən çıxara bilər. Qapalı insandır. Depressiyaya meyllidir.

Böyük gözlər:

Tolerantdır. Səhvlərinizi üzünüzə vurmaz. Hər fikrə açıqdır. Yeniliklərə tez adaptasiya olur. Azadlığına düşkündür.
Geri dön