Ana Sayfa > Karusel / Hadisə / M2 > Ana iki yaşlı körpəsini pəncərədən atdı

Ana iki yaşlı körpəsini pəncərədən atdı


23-03-2016, 16:22. Yazar: Xeberaz

Ana iki yaşlı körpəsini pəncərədən atdı

Rusiyanın Tolyatti şəhərində qadın 2 yaşlı qızını pəncərədən atıb.

"Xəbəraz.az " RİA Novosti-yə istinadən bildirir ki, hadisəyə görə cinayət işi açılıb.

Şəhər polisindən verilən məlumata görə, hadisə bu gün Moskva vaxtı ilə səhər saat 7:00-da olub. Oktyabrın 70 illiyi küçəsindəki evlərdən birinin yanında başında xəsarətləri olan 2 yaşlı qız aşkar edilib.

Körpə xəstəxanaya çatdırlıb və tibbi yardım göstərilib.
Geri dön