Ana Sayfa > Karusel / İdman / M2 > Ulduz futbolçu "Qarabağ"a gəlir?

Ulduz futbolçu "Qarabağ"a gəlir?


23-03-2016, 15:07. Yazar: Xeberaz
Ulduz futbolçu "Qarabağ"a gəlir?


Yunanıstanın "Panatinaikos” klubunun yarımmüdafiəçisi Maykl Essyenin "Qarabağ”a gələcəyi ilə bağlı xəbərlərin olduğunu diqqətinizə çatdırmışdıq.
"Xəbəraz.az " xəbər verir ki, Azərbaycan təmsilçisinin onunla təmasa keçdiyi də deyilir. Lakin futbolçunun köməkçisi və qaynı Kveku Puni "Qafqazinfo”ya açıqlamasında bunu təkzib edib:

"Bundan xəbərim yoxdur. Essyen "Panatinaikos”un futbolçusudur. Bu klub barədə düşünür. Biz "Qarabağ”a hörmət edirik və güclü klub olduğunu bilirik. Amma hələ ki, bu gəzən xəbərlər doğru deyil. Azərbaycan klubundan bu barədə soruşsanız daha yaxşı olar”.
Geri dön