Ana Sayfa > Karusel / İdman / Foto-fakt > Messinin vurduğu xanım azarkeş - “Onu heç vaxt sevməyəcəm”

Messinin vurduğu xanım azarkeş - “Onu heç vaxt sevməyəcəm”


22-03-2016, 20:11. Yazar: Xeberaz
Messinin vurduğu xanım azarkeş -  “Onu heç vaxt sevməyəcəm”
İspaniya La Liqasının 30-cu turu çərçivəsində keçirilən "Vilyarreal" - "Barselona" (2:2) matçında maraqlı hadisə yaşanıb.

“Barselona” nın ulduz futbolçusu Messinin güclü zərbəsindən sonra top tribunada əyləşən qadın azarkeşə dəyib. Zərbənin təsirindən isə qadının biləyi qırılıb. Həmin qadın azarkeş Rakel Taxuelo maraqlı açıqlamalar verib:

“Topu gördüm və refleks olaraq əlimi uzatdım. Topun əlimə dəyməsi ilə biləyimin dönməsi bir oldu. Həmin anda örəyim getdi və həkimlər məni xəstəxanaya apardılar. Mən madridliyəm və “Real" azarkeşiyəm. Messidən xoşum gəlmirdi, indidən sonra heç vaxt onu sevməyəcəm” .

Rakel “Barselona”nın ona “Kamp Nou”da oyun izləməyə dəvət etdiyini də bildirib.“Qafqazinfo”
Geri dön