Ana Sayfa > Karusel / Qadınlar / M2 / İbadət > Müsəlman qadınlar üçün çimərlik geyimi - fotolar

Müsəlman qadınlar üçün çimərlik geyimi - fotolar

22-03-2016, 11:26. Yazar: Xeberaz
Müsəlman qadınlar üçün çimərlik geyimi - fotolar
"Marks & Spencer" markası onlayn satışa maraqlı məhsul buraxıb.

"Xəbəraz.az "-ın xarici KİV-ə istinadən məlumatına görə, brend müsəlman qadınlar üçün çimərlik geyimi hazırlayıb. Demək olar ki, bütün bədəni örtən yeni geyim yetərincə diqqət çəkib.

Britaniya markasının fanatları dərhal yeni məhsulu şərh ediblər. Onların bəzilərinin fikrincə, bu, müsəlman qadınlar üçün vaxtında edilmiş jestdir. Digər qisim insanlar isə geyimi islam ölkələrində qadına zülmün simvolu adlandıraraq çimərlik geyiminin satışını doğru saymayıb.

Amma artıq məhsul Livanda və Dubayda satışa çıxarılıb. Avropada isə onlayn satışla əldə edilə bilən geyim tezliklə Londondakı butiklərdə yerini tapacaq. Hələlik sadəcə iki çeşid var: klassik qara, açıq göy. Hər iki variantda naxışlar ona xususi bəzək verir.

Geri dön