Ana Sayfa > Karusel / Hadisə / Şou-Biznes / M2 > Ebru Gündeşin həyat yoldaşı ABŞ-da həbs edildi

Ebru Gündeşin həyat yoldaşı ABŞ-da həbs edildi


22-03-2016, 11:10. Yazar: Xeberaz
Ebru Gündeşin həyat yoldaşı ABŞ-da həbs edildi
Türkiyədə "17 dekabr- rüşvət əməliyyatları" zamanı tutulub bir müddət həbs yatdıqdan sonra buraxılan Cənubi Azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-da həbs olunub.

"Xəbəraz.az "-ın "Hürriyet"ə istinadən məlumatına görə, Mayamidə hakim Riçard Bermanın sədrliyi ilə keçən məhkəmədə Rza və digər iki nəfər üçün ABŞ hökümətini aldatmaq ittihamı ilə 5 il, ABŞ-ın İran sanksiyalarını pozduğu üçün 20 il, bank saxtakarlığı üçün 30 il və "çirkli pullar"dan istifadə üçün 20 il olmaqla ümumi 75 il həbsi istənilib.

Martın 19-da həbs edilən iş adamları 2010-2015-ci illərdə ABŞ-da gördüyü qeyri-qanuni biznes işlərinə görə məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qarşıdakı günlərdə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, bir müddətdir Rza Zerrabın həyat yoldaşı, müğənni Ebru Gündeşdən boşanacağı şayiələri də gəzir.
Geri dön