Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycanda dəhşətli qəza: ata və qız yaralandı, oğul öldü

Azərbaycanda dəhşətli qəza: ata və qız yaralandı, oğul öldü


21-03-2016, 19:30. Yazar: Xeberaz
Azərbaycanda dəhşətli qəza: ata və qız yaralandı, oğul öldü


Lənkəranda ağır yol qəzası baş verib.

"Xəbəraz.az " APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisində qeydə alınıb. Lənkəran rayon sakini, 28 yaşlı Qabil Muxtar oğlu Əbdülovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili qarşı tərəfdən gələn digər minik avtomobili ilə toqquşub.

Güclü zərbədən "VAZ-2106"-nın sürücüsü və onun yanındakı sərnişinləri olan uşaqları -12 yaşlı Elvira və 9 yaşlı Şamo müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralılara lazımi tibbi yardım göstərilib. Həkimlərin səylərinə baxmayaraq baş beynin ağır dərəcəli zədələnməsi diaqnozu təyin edilmiş 9 yaşlı Şamonun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Geri dön