Ana Sayfa > Karusel / Hadisə / M2 > İki maşın toqquşub, dörd nəfər xəsarət alıb

İki maşın toqquşub, dörd nəfər xəsarət alıb


21-03-2016, 19:28. Yazar: Xeberaz
İki maşın toqquşub, dörd nəfər xəsarət alıb


Cəlilabadda 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 143-cü kilometrliyində, Cəlilabad şəhərinin Müalicə Diaqnostika Mərkəzinin yanındakı ərazidən keçən hissəsində qeydə alınıb.

"Assaman" markalı avtomaşın Astara istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək qarşıdan gələn avtomobilin yoluna çıxıb. Bir-birinə çırpılan hər iki maşın güclü zərbənin təsirindən yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış 4 sərnişin Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan Oqtay Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön