Ana Sayfa > Karusel / İdman / M2 / Xəbəraz TV > Möhtəşəm derbi: “Qalatasaray”, yoxsa “Fənərbaxça”?
Möhtəşəm derbi: “Qalatasaray”, yoxsa “Fənərbaxça”?20-03-2016, 13:12. Yazar: Xeberaz |
Bu gün Türkiyə futbolunda növbəti derbi günüdür. "Xəbəraz.az " qol.az-a istinadən bildirir ki, 26-cı turun son oyununda əzəli rəqiblər "Qalatasaray"la "Fənərbaxça" növbəti dəfə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 22.00-da başlanacaq oyun "sarı-qırmızılılar"ın meydanı olan "Türk Telekom Arena"da keçiriləcək. Bu arenada adları çəkilən iki komanda arasında bütün qarşılaşmalarda qol vurulub. "Qalatasaray"ın son vaxtlar zəif çıxışına baxmayaraq, bugünkü qarşılaşmanı stadionda 40-45 min azarkeşin izləyəcəyi gözlənilir. Qeyd edək ki, bu, "Qalatasaray"ın yeni baş məşqçisi Jan Olde Riekernikin rəhbərliyi altında ilk oyunu olacaq. 25 turdan sonra "Fənərbaxça" 59 xalla 2-ci, "Qalatasaray" 39 xalla 5-cidir. Əlavə edək ki, bukmeyker kontorları bu oyunda "Fənərbaçxa"nın uğuruna inanırlar. "Topaz" "Fənərbaxça"nın qələbə əmsalını 1.80, "Qalatasaray"ın qələbə əmsalını 3.30 kimi dəyərləndirib. Heç-heçənin əmsalı 3.10-dur. Geri dön |