Ana Sayfa > Karusel / İdman / M2 > “Xəzər Lənkəran” uğursuz seriyanı qırmaq, “İnter” üçüncülük arzusunda
“Xəzər Lənkəran” uğursuz seriyanı qırmaq, “İnter” üçüncülük arzusunda20-03-2016, 12:57. Yazar: Xeberaz |
Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq. "Xəbəraz.az " apasport.az-a istinadən bildirir ki, son oyun günündə daha 2 qarşılaşma baş tutacaq. Çempionatda xal və qol həsrəti 14 oyuna çatan "Xəzər Lənkəran" doğma azarkeşləri önündə "İnter"i qəbul edəcək. Cənublular çempionatın ilk turunda məğlub etdiyi rəqiblə matçda uğursuz seriyalarını qırmağa çalışacaq. Bakılılar isə 3-cü pilləyə yüksəlmək imkanına malikdi. Öz meydanında "Qarabağ" yenilən "Qəbələ" "bankirlər" üçün irəliləməyə əla şərait yaradıb. Turun son oyununda paytaxt təmsilçiləri üz-üzə gələcək. Öz meydanındakı çempionat oyunlarında uduzmayan "Zirə" AZAL-ı sınağa çəkəcək. Premyer Liqanın debütantı 2-ci pillədəki mövqeyini möhkəmlədib, liderə yaxınlaşmaq üçün "təyyarəçilər"i də itkisiz keçməlidi. AZAL isə həm mövqeyini qorumaq, həm də mükafatlar uğrunda mübarizə aparan komandalarla xal fərqini azaltmaq üçün Zirədə meydan sahiblərinin seriyasını qırmalıdı. Azərbaycan Premyer Liqası XXVI tur 20 mart (bazar) 13:30. "Xəzər Lənkəran" - "İnter" Mövsümün ilk yarısındakı oyunlar: 2:0, 0:2 Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Mahir Məmmədov Xəzər Lənkəran" mərkəzi stadionu 15:30. "Zirə" - AZAL Mövsümün ilk yarısındakı oyunlar: 1:0, 0:1 Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Orxan Məmmədov Zirə İdman Kompleksinin stadionu Geri dön |