Ana Sayfa > Karusel / Hadisə / M2 > 27 yaşlı qız atasını bıçaqladı - Azərbaycanda

27 yaşlı qız atasını bıçaqladı - Azərbaycanda


19-03-2016, 17:39. Yazar: Xeberaz
27 yaşlı qız atasını bıçaqladı - Azərbaycanda


Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Xəbəraz.az " bildirir ki, Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kəpəz rayonunda qeydə alınıb.

Rayon sakini, 1974-cü il təvəllüdlü Elşad Daşdəmirov yaşadığı Gəncə şəhərindəki evdən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

E.Daşdəmirov izahatında bildirib ki, xəsarəti motosiklet idarə edən zaman yıxılarkən alıb.

Araşdırma zamanı E.Daşdəmirova bıçaqla xəsarətin ögey qızı, 1989-cu il təvəllüdlü Günel Nəbiyeva tərəfindən yetirildiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön