Ana Sayfa > Karusel / M2 / Qoroskop > Astroloji proqnoz - 19 mart

Astroloji proqnoz - 19 mart


19-03-2016, 10:00. Yazar: Xeberaz
Astroloji proqnoz - 19 mart

Qoç - Pul mövzusunda üzünüz güləcək. Sosial həyatda aktiv olacaqsınız. Hədəflərinizə doğru böyük bir addım atacaqsınız. Sadəcə səhhətinizə diqqət edin, başqa hər şey ürəyinizcə olacaq.

Buğa - Reallıqdan uzaq olan fikirlərə baş qoşmayın. Xəyal qurmaq yaxşıdır, ancaq ayaqlarınız yerə möhkəm basmalıdır.

Əkizlər - İşlərinizi həll etmədən, əyləncəyə vaxt ayırmayın. Nə istədiyinizi özünüz də bilmirsiniz. Aqressiv davranmayın.

Xərçəng - Planlarınızı reallaşdıra bilmirsiniz. Həm maddi, həm də mənəvi problemlər buna mane olur.

Şir - Diqqətiniz dağınıqdır. Ona görə də, başınıza iş gələ bilər. Yol gedərkən, qazla, elektriklə işləyərkən diqqətli olun.

Qız - Dostlarla, qohumlarla əlaqələrinizi gücləndirəcəksiniz. Yeniliklərə qarşı qapalısınız, vərdişlərinizi dəyişmək istəmirsiniz. Bu isə həyatınızı çətinləşdirir.

Tərəzi - Baş və ayaq ağrısından zəiyyət çəkəcəksiniz. Stressə məruz qalacaq, əsəb keçirəcəksiniz. Bitki çayları için.

Əqrəb - Qidalanma rejiminizə diqqət edin. Çoxdan bəri arzuladığınız bir xəyalınızı reallaşdırmaq imkanı yaranacaq.

Oxatan - Bir yolun başlanğıcındasınız. Yeni bir həyat tərzinə keçid edəcəksiniz.

Oğlaq - Özünüzü ifadə etməkdə çətinlik çəkirsiniz. Bunu sənət vasitəsilə edəcəksiniz. Özünüzü sınayın. İstedadınız var.

Dolça - Şəxsi həyatınızı alt-üst edəcək hadisələrlə üzləşəcəksiniz. Sağlamlığınıza fikir verin. Yaxşı qidalanın.

Balıq - Neqativ enerjini uzaqlaşdırın. Pozitiv düşünməyə çalışın. Hər şey qaydasına düşəcək. Narahatlıq keçirməyinizə dəyməz.
Geri dön