Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda avtomobillərin sürət yarışı qəzaya səbəb oldu, 7 piyada yaralandı

Bakıda avtomobillərin sürət yarışı qəzaya səbəb oldu, 7 piyada yaralandı


17-03-2016, 09:50. Yazar: Xeberaz
Bakıda avtomobillərin sürət yarışı qəzaya səbəb oldu, 7 piyada yaralandı


Bakının Səbail rayonunda çox sayda piyadanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

"Xəbəraz.az " anspress-ə istinadən xəbər verir ki, hadisə rayonun Xəqani küçəsində qeydə alınıb. Ağır qəza sürətlə hərəkətdə olan "BMW” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.

Qəzaya səbəb olan avtomobil yolun kənarında hərəkətsiz dayanan 6 avtomobilə çırpılıb. Daha sonra həmin avtomobil yolun kənarındakı işıq dirəyinə dəyərək dayana bilib. Hadisə şahidlərinin dediyinə görə sürət yüksək olduğundan toqquşmadan sonra "BMW” işıq dirəyinin yuxarı hissəinə kimi qalxıb və bundan sonra dirək aşıb.

Gözlənilməz qəza yol kənarında olan 7 piyadanın xəsarət almasına səbəb olub. Piyaalardan 3-ü İran İslam respublikasının vətəndaşıdır. Yaralılar dərhal 1 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Həkimlərin verdiyi məlumata görə 7 nəfrədən 3-nün vəziyyəti orta ağırdır. Verilən məlumata görə, hadisəni törədən "BMW” eyni markalı avtomobil ilə sürət yarışına çıxıb və qəza da bu zaman baş verib.

Baş vermiş hadisə ilə əlaqədar əraziyə yol patrul xidmətinin əməkdaşları gəlib. Qəza zamanı 6 avtomobil yararsız haıala düşdüyündən əraziyə evakutorlar cəlb olunub. Avtomobillər cərimə meydançasına aparılıb.

Faktla əlaqədar araşdırmalara başlanıb
Geri dön