Ana Sayfa > Karusel / M2 / Qoroskop > Astroloji proqnoz - 18 mart

Astroloji proqnoz - 18 mart


17-03-2016, 09:43. Yazar: Xeberaz
Astroloji proqnoz - 18 mart

Qoç - Sevgilinizlə aranızda qalmalı olan məsələləri ətrafınızla bölüşməyiniz onu narahat edə bilər. Şəxsi həyatla iş həyatını qarışdırmayın. Heç nəyin əhval-ruhiyyənizi pozmasına imkan verməyin.

Buğa - Bu gün özünüzü mənəvi baxımdan çox güclü hiss edəcəksiniz. Problemlərinizi geri plana atacaq, sevgilinizlə gözəl bir gün keçirəcəksiniz. Maddiyyatla bağlı mövzularda diqqətli olun.

Əkizlər - Hissləriniz sizi yanılda bilər. Ona görə də, gözünüzlə görüb, qulağınızla eşitmədiyiniz heç nəyə inanmayın. Tələskənlik etməyin.

Xərçəng - Partnyorunuzla aranızdakı mübahisə qızışacaq. Bu sizi həddən artıq kədərləndirir. Ancaq haqqlısınızsa, geri addım atmayın.

Şir - İş həyatında hər şey istədiyiniz kimi alınacaq. Şəxsi həyatda isə üzünüz gülməyəcək. Partnyorunuzun diqqətsizliyi, soyuq münasibəti ondan uzaqlaşmağınıza səbəb olur.

Qız - Həyəcanlanacaq, təəccüblənəcək və bol-bol qəhqəhə çəkəcəksiniz. Ciddi qəraralar almağa tələsməyin.

Tərəzi - Eşq ağlınızı başınızdan alıb. Həyat enerjiniz aşıb-daşır. İdeal sevgilisiniz, ancaq qarşı tərəf sizə güvənməkdə çətinlik çəkir.

Əqrəb - Bu gün gündəminiz eşqdir. Romantik sürprizlər sizi gözləyir. Qarşınızdakı insanı gözəlliyinizin təsirinə salmaq əhvalınızı yüksəldir.

Oxatan - Dostlarınıza vaxt ayıra bilməyəcəksiniz. İş və ailə həyatında baş verən problemlər gün boyu sizi məşğul edəcək.

Oğlaq - Sevgilinizin davranışlarında hiss etdiyiniz dəyişiklik sizi narahat edir. Lakin onunla bu mövzuda danışmağı gecikdirirsiniz.

Dolça - Yeni tanışmağınıza baxmayaraq, deyəsən, ona aşiq olursunuz. Onunla bağlı hər məlumatı öyrənməyə can atırsınız.

Balıq - Yaxın dostlarınızla ortaq layihəyə imza atacaqsınız. Planlarınıza uyğun davranırsınız. Arada fasilə verib özünüzə vaxt ayırın.
Geri dön