Ana Sayfa > Karusel / Maraqlı / M2 / Texnologiya > Sosial şəbəkələrdən ən çox istifadə edən ölkələr

Sosial şəbəkələrdən ən çox istifadə edən ölkələr


15-04-2015, 21:48. Yazar: Xeberaz

Sosial şəbəkələrdən ən çox istifadə edən ölkələr
"ComScore"nin sosial şəbəkələrdən istifadə ilə bağlı son hesabatına görə, Fələstinin İsrail rejimi tərəfindən işğal edilmiş ərazilərində yaşayanlar hər gün orta hesabla 11,1 saat vaxtı sosial şəbəkələrdə keçirirlər.

Dünya üzrə bu rəqəmin orta statistik səviyyəsi 5,7 saatdır. İsrail rejimindən sonra ilk beşlikdə Argentina (10,7 saat), Rusiya (10,4 saat), Türkiyə (10,2 saat) və Çilidir (9,8 saat).

Dünyada sosial şəbəkələrin ən çox maraqlanan insanların yaşadığı məkan isə Latın Amerikasıdır. Burada qadınlar gündə orta hesabla 8,2 saat, kişilər isə 6,9 saatı sosial şəbəkələrdə keçirirlər. Dünya miqyasında isə qadınlar gündə 6,5 saat, kişilər isə 5 saatı sosial şəbəkələrdə keçirirlər.
Geri dön