Ana Sayfa > Karusel / Gündəm / M2 > BakiKart-larla bağlı YENİ XƏBƏR

BakiKart-larla bağlı YENİ XƏBƏR


17-03-2016, 11:32. Yazar: Xeberaz
BakiKart-larla bağlı YENİ XƏBƏR


"BakiKart-ların alınması və yüklənməsi artıq yeni MilliÖN terminallarında mümkündür".

"Xəbəraz.az " bildirir ki, bunu Trend-ə "Komtec" şirkətindən deyiblər.

Yeni MilliÖN terminalları Bakının 30 avtobus dayanacağında quraşdırılıb. Gediş kartı almaq üçün "BakiKart" bölməsini seçmək lazımdır. Kartın qiyməti - 2 manatdır. Terminallarda həm qəpik, həm də əskinaslar ödəmək mümkündür. Lakin terminallarda pulun qalığı qaytarılmır, alınmış kartın geri qaytarılması da nəzərdə tutulmayıb.

BakiKartların yüklənməsi üçün terminalın kart-riderindən istifadə etmək lazımdır. Monitorda yüklənmiş və kartın balansındakı məbləğ göstərilir.

Yeni MilliÖN terminallarında həmçinin kommunal xidmətlər, mobil telefon, internet və kabel televiziyaları üçün ödəmələr də mümkündür.
Geri dön