Ana Sayfa > Karusel / Hadisə / M2 > Sumqayıtda 5 otaqlı ev, Gəncədə 2 otaqlı mənzil yanıb

Sumqayıtda 5 otaqlı ev, Gəncədə 2 otaqlı mənzil yanıb


17-03-2016, 09:47. Yazar: Xeberaz
Sumqayıtda 5 otaqlı ev, Gəncədə 2 otaqlı mənzil yanıb

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanlb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gəncə şəhəri, Kəpəz rayonunda üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan 2 otaqlı mənzilin 1 otağının arakəsmə divarı və tavanı 5 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön