Ana Sayfa > Karusel / M2 / Texnologiya > "İnstagram"da hansı yenilik gözlənilir?

"İnstagram"da hansı yenilik gözlənilir?


16-03-2016, 14:15. Yazar: Xeberaz
"İnstagram"da hansı yenilik gözlənilir?

Foto çəkməyi, paylaşmağı sevənlərin sevimli məkanı olan "İnstagram"da yenilik gözlənilir.

"Xəbəraz.az "qafqazinfo-ya istinadən bildirir ki, bu barədə şirkətin rəsmi bloqunda bildirilir.

Məlumata görə, artıq "İnstagram" xəbər lentində məlumatları "Facebook" və "Twitter"də olduğu kimi sıralayacaq.

Belə ki, yeni xəbərlər tarixə görə yox, istifadəçinin maraqlarına əsaslanaraq yenilənəcək. İlk vaxtlar xəbər lentində bütün məlumatlar qalacaq və yalnız ardıcıllıq dəyişəcək. Xəbər lentindəki foto və videoların ardıcıllığı istifadəçi ilə müəllif arasındakı qarşılıqılı anlaşmadan asılı olacaq. Nəzərdə tutulan yeniliklərin yaxın zamanlarda tətbiq ediləcəyi vəd bildirilir.
Geri dön