Ana Sayfa > Karusel / Gündəm / M2 > Sürücülərə şad xəbər: Vəsiqələriniz Türkiyədə tanınacaq

Sürücülərə şad xəbər: Vəsiqələriniz Türkiyədə tanınacaq


15-03-2016, 19:20. Yazar: Xeberaz
Sürücülərə şad xəbər: Vəsiqələriniz Türkiyədə tanınacaq

Azərbaycan sürücülük vəsiqələri Türkiyədə tanınacaq.

"Xəbəraz.az " xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfəri zamanı iki ölkə arasında razılaşma imzalanıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Alanın imzaladığı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş” azərbaycanlı sürücülərin Türkiyədə, türk sürücülərin isə Azərbaycanda rahat hərəkət etməsinə imkan yaradacaq.
Geri dön