Ana Sayfa > Karusel / Hadisə / M2 > Alt paltarında narkotik keçirmək istədilər

Alt paltarında narkotik keçirmək istədilər


15-03-2016, 11:32. Yazar: Xeberaz
Alt paltarında narkotik keçirmək istədilər

Əməliyyat keçirilib.

2 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, məhkum Ümid Qubadovun yanına qısamüddətli görüşə gələn dostu, Bakı şəhər sakini Mehmet Gencin üzərinə baxış keçirilib.

Baxış keçirilən zaman onun alt paltarının içərisində gizlətdiyi 40 ədəd psixotrop həb aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər rayon Polis İdarəsinə göndərilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci (soyğunçuluq) maddəsinə əsasən 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib Ümid Qubadov.
Geri dön