Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Unitazda çox oturmağın ziyanı - proktoloqlar xəbərdarlıq edir!

Unitazda çox oturmağın ziyanı - proktoloqlar xəbərdarlıq edir!


15-03-2016, 10:05. Yazar: Xeberaz

Unitazda çox oturmağın ziyanı - proktoloqlar xəbərdarlıq edir!

Proktoloqların fikirinə görə, defekasiya zamanı insanın unitazda tutduğu poza qeyri-təbiidir və defekasiya aktını çətinləşdirir.
"Xəbəraz.az " saglamolun.az-a istinadən bildirir ki, fizioloji, normal defekasiyanı təmin edən poza çömələrək oturmaq sayılır (Asiya unitazlardaki kimi). Məhz bu pozada bağırsaq asan və tam boşalır.

Bu səbəbdən proktoloqlar insanlara (xüsusilə qəbizlikdən əziyyət çəkənlərə) defekasiya zamanı ayaqların altına kiçik skamya qoymağı və mümkün qədər qabağa əyilməyi tövsiyə edirlər. Bu vəziyyətdə olan insanda duz bağırsağı əhatə edən əzələ boşalır və defekasiya aktına mane olmur. Yalnız bu sadə məsləhət qəbizlikdən xilas olunmağa kömək edə bilər.

Bəzi insanlarda unitazda uzun müddət oturmaq vərdişi var. Bu çox ziyanlı vərdişdir. Defekasiya zamanı düz bağırsağın damarlarında qan dövranı sürətlənir, damarlar enlənir. İnsan daim lazım olandan artıq unitazda oturursa, bu onda babasil, tromboz, divertikulyoz kimi xəstəliklərinin riskini artırır. İnsanda bu xəstəliklər artıq varsa, bu daha da təhlükəlidir.
Geri dön