Ana Sayfa > Karusel / Gündəm / M2 > Hava ilə bağlı xəbərdarlıq: yağış, sulu qar, qar

Hava ilə bağlı xəbərdarlıq: yağış, sulu qar, qar


14-03-2016, 12:57. Yazar: Fehrad
 Hava ilə bağlı xəbərdarlıq: yağış, sulu qar, qar

Hava ilə bağlı xəbərdarlıq: yağış, sulu qar, qar Hava ilə bağlı xəbərdarlıq: yağış, sulu qar, qar




Martın 15-16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Xəbəraz.az "-a verilən xəbərə görə, martın 15-də güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.

Martın 14-ü axşamdan 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Martın 15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Temperatur tədricən 3-5 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Geri dön