Ana Sayfa > Karusel / Hadisə / M2 > Qazaxda amansız qətl

Qazaxda amansız qətl


14-03-2016, 11:23. Yazar: Xeberaz

Qazaxda amansız qətl

Qazax rayonunda ahıl ər və arvad evində öldürülüb.

"Xəbəraz.az " report-a istinadən bildirir ki, hadisə dünən rayonun Cəfərli kəndində baş verib.

Belə ki, 1939-cu il təvəllüdlü Nəriman Osmanov və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Dünya Bakıxanovanın cəsədləri öz evlərindən tapılıb.

Qazax Diaqnostika Mərkəzində bildirilib ki, qadının cəsədi üzərində boyun nahiyəsinin deşilmiş kəsilmiş xəsarətləri, kişinin çənə hissəsində qırıqlar aşkar olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.
Geri dön