Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > "Mənə görə çox evlər dağılıb" - Flora Kərimovadan etirafla

"Mənə görə çox evlər dağılıb" - Flora Kərimovadan etirafla


12-03-2016, 15:39. Yazar: Fehrad
"Mənə görə çox evlər dağılıb" - Flora Kərimovadan etirafla


“Əgər kişi bir neçə həyat yoldaşı düşünürsə, hamısına eyni diqqəti göstərməlidir. Yaxşı qadının yanından kişi getməz. Qadın özü haqqında düşünəndə, həyat yoldaşını bölüşmək istəməyəndə eqoist olur”.


"Xəbəraz.az ".az-ın məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova “Bizimləsən” verilişində deyib. Müğənni özü ilə bağlı maraqlı etiraflar edib:


“Xanımın hər şeyə qarşı siyasəti olmalıdır. Əgər arvad həyat yoldaşının ikinci ilə münasibətinə razılıq versə, bunun davamı gələcək. Kişilər acgözdür. Mənə görə çox evlər dağılıb. Acıqca deyirəm, mən buna layiqəm. Qadın kişiyə nəvazişi, hörməti yaşatmırsa, eləsindən qaçmaq lazımdır. Yaxşı qadından, anadan, başı yerində olan kişi qaçmaz. Qızımın atası ilə yol gedirdim. Dedim ki, mənə “Vağzalı” qismət olmadı. Cavab verdi ki, hə, klarnetlə gedib, zurnayla qayıdanlar var. Müdrik olsan, nəyisə udsan, üstündən keçsən, hə. “Sən mənə niyə xəyanət etdin” deyib dalaşsan, heç vaxt ailə qura bilməyəcəksən. Qursan da, o ailə dağılacaq”.

Geri dön