Ana Sayfa > Karusel / Maraqlı / M2 > Barmaqlar həm də xarakterimizdir

Barmaqlar həm də xarakterimizdir


12-03-2016, 15:06. Yazar: Fehrad
Barmaqlar həm də xarakterimizdir




İngiltərəli psixoloqların fikrincə, baş barmağın buğumunun ölçülərinə baxaraq, insanı tanımaq mümkündür.

Baş barmaqların tipinə görə, xarakterlərlə bağlı psixoloqların müəyyənləşdirdiyi qaydaları təqdim edirik:

A tipi: Həm insanlara, həm də əşyalara tez bağlanırlar. Vərdişlərindən əl çəkə bilmirlər. Aşiq olduqları insana sadiq qalırlar. Diqqətini bir insana və ya məşğulliyyətə cəlb edirlər. Bu isə gündəlik həyatda bir çox çətinliklə üzləşməklərinə səbəb olur. Belələri sevdiklərindən ayrılmağı qəbul edə bilmirlər. Onlarla münasibətə başlamazdan öncə iki dəfə düşünün, çünki ayrılası olsanız, başınız çox ağrıyacaq.

B tipi: Belələrinə etibar etmək olar. Sakitdirlər. Liderlik xüsusiyyətinə malikdirlər. Həyatına daxil olanları xoşbəxt etməyin yollarını axtarırlar.

C tipi: şorgözdürlər, tez-tez aşiq olurlar. Onlarla sevgi və dostluq münasibətləri qurmaq təhlükəlidir. Sizi hər an incidə bilərlər. İş münasibətləri də uğurlu alınmır. Çünki şəxsi maraqlarını üstün tuturlar. Ən etibarsız insanlar hesab edilirlər.
Geri dön