Ana Sayfa > Karusel / Hadisə / M2 > Nişandan qayıdan ailə qəzaya düşdü: 1 ölü, 4 yaralı

Nişandan qayıdan ailə qəzaya düşdü: 1 ölü, 4 yaralı


12-03-2016, 12:11. Yazar: Xeberaz
Nişandan qayıdan ailə qəzaya düşdü: 1 ölü, 4 yaralı
Yevlax rayonunda ağır yol qəzası baş verib.

"Xəbəraz.az " lent.az-a istinadən bildirir ki, saat 23 radələrində Yevlax-Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Əvəz oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qəzada yaralanan şəxslərdən ikisi 8-10 yaşlı uşaqlardır.

Bildirilir ki, ailə üzvləri nişan mərasimindən Mingəçevirə qayıdarkən qəzaya düşüblər.

Faktla bağlı araşdırma aparılır.
Geri dön