Ana Sayfa > Karusel / Maraqlı / M2 > Dünyanın ən böyük neft şirkətlərindən biri 48 milyonluq prezervativ sifariş verdi

Dünyanın ən böyük neft şirkətlərindən biri 48 milyonluq prezervativ sifariş verdi


11-03-2016, 18:52. Yazar: Xeberaz
Dünyanın ən böyük neft şirkətlərindən biri 48 milyonluq prezervativ sifariş verdi


"Rosneft" şirkəti 48 milyon rubl məbləğində prezervativ alışı ilə bağlı tender elan edib.

"Xəbəraz.az "-in məlumatına görə, sözügedən elan şirkətin rəsmi saytında da yerləşdirilib.

Elanda bildirilir ki, "RN-Moskva" Açıq Səhmdar Cəmiyyəti istehlak olunan (prezervativlər) malları almaq niyyətindədir. Sənədlərdə məhsula tələblər göstərilib.

"Rosneft" şirkətindən bildirilir ki, Moskvada prezervativlər — yaxşı gəlir gətirdiyi üçün şirkət bu satışla məşğul olmaq qərarına gəlib.

Qeyd edək ki, "Rosneft" — Rusiya neftqaz şirkətidir. Onun 69,5% səhmi dövlətə aiddir. Neft istehsalına görə dünyada ən böyük şirkətdir. "Rosneft" 2012-ci ildə gəlir həcminə görə, Rusiya şirkətləri arasında üçüncü yeri tuturdu.
Geri dön