Ana Sayfa > Karusel / Gündəm / M2 > Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq


15-04-2015, 14:14. Yazar: Xeberaz
Sabah 22 dərəcə isti olacaq
Bəzi rayonlarda yağış yağacaq.

Aprelin 16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xeberaz.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq.

Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 12-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Axşam bəzi cənub rayonlarında şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, bəzi yerlərdə 22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcə isti olacaq.
Geri dön