Ana Sayfa > Karusel / Gündəm / M2 > ATV-nin iki verilişi bağlandı

ATV-nin iki verilişi bağlandı


11-03-2016, 15:03. Yazar: Xeberaz
ATV-nin iki verilişi bağlandı


"Azad Azərbaycan" telekanalında yayımlanan "Mənim mətbəxim" verilişi yayımını dayandırıb.

"Xəbəraz.az ".az xəbər verir ki, bunu lent.az-a açıqlamasında verilişin aparıcısı müğənni Niyam Salami deyib: "Verilişə başlamamış sponsorla 4 aylıq müqavilə bağladıq. Müqavilə başa çatandan sonra həmin şəxslər sponsorluq etməkdən imtina etdilər. Beləcə, veriliş yayımını dayandırmalı oldu. Düşünürəm ki, "Mənim mətbəxim" verilişi 4 ay ərzində yaxşı baxıldı.

Xatırladaq ki, "Mənim mətbəxim" verilişi həftənin bazar günləri saat 13:30-da yayımlanırdı. Həmin verilişdə N.Salamidən öncə aparıcı Mətanət Əlverdiyeva aparıcılıq edirdi.

Qeyd edək ki, ATV-də daha bir mətbəx verilişi "Duz və istiot" da bağlanıb. Həmin verilişin aparıcısı isə əməkdar artist Zöhrə Abdullayeva idi.
Geri dön