Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda yeni doğulan körpə atılıb

Bakıda yeni doğulan körpə atılıb


11-03-2016, 13:06. Yazar: Xeberaz
Bakıda yeni doğulan körpə atılıb
İsmayılova onu polis əməkdaşlarına təhvil verib.

Bakıda Yasamal rayon sakini Çimnaz İsmayılova qapısının qarşısında yeni doğulan oğlan uşağı tapıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Sputnik-ə Yasamal rayon Polis İdarəsindən bildiriblər.

61 yaşlı qadının sözlərinə görə, o, körpəni saat 18.00-da tapıb. Bir gün uşağı evində saxlayan İsmayılova onu polis əməkdaşlarına təhvil verib.

Hüquq-mühafizə orqanı əməkdaşları 8 saylı təcili yardım stansiyasının həkimləri ilə birgə körpəni 1 saylı uşaq evinə veriblər.

Uşağın anası hələlik müəyyən edilməyib.
Geri dön