Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > Azərbaycanda polis qadını ölümdən xilas etdi

Azərbaycanda polis qadını ölümdən xilas etdi


10-03-2016, 16:26. Yazar: Xeberaz
Azərbaycanda polis qadını ölümdən xilas etdi

Hadisə Sabirabadda baş verib.

Sabirabad şəhərində polis qadını xilas edib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə martın 9 baş verib.

Belə ki, Sabirabad şəhər sakini, ruhi xəstə Elnarə Əliyeva özünü Kür çayına atmağa cəhd göstərib.

Cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb.

Araşdırma aparılır.


Geri dön