Ana Sayfa > Karusel / İdman / M2 > "Zenit" və "Çelsi" evdə biabır oldular

"Zenit" və "Çelsi" evdə biabır oldular


10-03-2016, 10:52. Yazar: Xeberaz
"Zenit" və "Çelsi" evdə biabır oldular
Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti cavab oyunları keçirilib. "Xəbəraz.az " apasport.az-a istinadən bildirir ki, ikinci oyun günündə baş tutn qarşılaşmalar gərginlik baxımından böyük maraq doğururdu.

Səfərdə "Benfika"ya minimal hesabla məğlub olan "Zenit" öz meydanında da vəziyyəti düzəldə bilməyib. Ruslar hesabda irəli çıxmağı bacarsalar da, sona 5 dəqiqə qalmış Qaytan, matça əlavə edilmiş dəqiqələrdə isə Talisca fərqlənərək, portuqaliyalıların qələbəsini və növbəti mərhələyə vəsiqəni rəsmiləşdiriblər.

Gecənin digər matçında Londonda "Çelsi" PSJ-ni qonaq edib. "Zadəganlar" ilk oyunda olduğu kimi, bu dəfə 1:2 hesablı məğlubiyyətə üzülübülər.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları


9 mart
"Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya) - 1:2
Qollar: Halk, 69 - Qaytan, 85, Talisca, 90+6
İlk oyun 0:1

"Çelsi" (İngiltərə) - PSJ (Fransa) - 1:2
Qollar: Dieqo Kosta, 27 - Robiot, 16, İbrahimoviç, 67
İlk oyun 1:2
Geri dön