Ana Sayfa > Karusel / Gündəm / M2 > Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu


10-03-2016, 10:13. Yazar: Xeberaz
Bu günə olan hava proqnozu


Bu gün Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq, şimal küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15.

Azərbaycan rayonlarında martın 10-da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlədə duman olacağı gözlənilir. Şərq rayonlarında çiskin olacaq.
Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq
Geri dön