Ana Sayfa > Karusel / İdman / M2 > Futbol tarixinin ən güclü qardaşları
Futbol tarixinin ən güclü qardaşları14-04-2015, 18:17. Yazar: Fehrad |
Bütün dövrlərin ən güclü futbolçu qardaşları məlum olub. Xeberaz.az Apasport.az saytına istinadən xəbər verir ki, “Daily Mirror” qəzeti ən güclü futbolçu qardaşlarla bağlı araşdırma aparıb. Qəzet oyunçuların karyeraları ərzində əldə etdikləri uğurlara görə ən yaxşı “30-luq” müəyyənləşdirib. Araşdırmanın nəticəsinə görə, futbol tarixinin ən güclü futbolçu qardaşları Bobbi və Cek Çarlton olublar. Əfsanəvi braziliyalı Sokrates qardaşı Rayla birlikdə siyahıda 2-ci yeri tutub. Hazırda karyerasını davam etdirənlər arasında ən yaxşı nəticə “Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture və onun “Liverpul”dakı qardaşı Kolo Tureyə malikdi. Onlar titullarına görə ümumi siyahıda 8-cidi. Ən yaxşı “30-luq” isə belədi: 1. Bobbi və Cek Çarlton 2. Sokrates və Rai 3. Cüzeppe və Franko Barezi 4. Mixael və Brayan Laudrup 5. Frank və Ronald de Bur 6. Qari və Fil Nevill 7. Qabriel və Dieqo Milito 8. Yaya və Kolo Ture 9. Paolo və Fabio Kannavaro 10. Ronald və Ervin Kuman 11. Jerom və Kevin-Prins Boatenq 12. Rafael və Fabio da Silva 13. Rob və Riçard Vitşke 14. Lars və Sven Bender 15. Rafinya və Tiaqo Alkantara 16. Andre və Cordan Ayyu 17. Filippo və Simone İnzagi 18. Anton və Rio Ferdinand 19. Conatan və Covanni dos Santos 20. Aleksey və Vasili Berezutski 21. Rod, Rey və Dannə Uollas 22. Eden və Torqan Azar 23. Mikel və Xabi Alonso 24. Hamit və Halil Altıntop 25. Bruno və Benoi Şeyru 26. Şol və Sammi Ameobi 27. Filipp və David Degen 28. Sim və Luk de Yonq 29. Noel və Stiven Hunt 30. Stiven və Qari Kaldvel l Geri dön |