Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV > Aygün efirdə Namiqi görüb şoka düşdü - Video

Aygün efirdə Namiqi görüb şoka düşdü - Video


9-03-2016, 20:19. Yazar: Xeberaz
Aygün efirdə Namiqi görüb şoka düşdü - Video


Xalq artisti Aygün Kazımova canlı yayımda şok yaşayıb.
"Xəbəraz.az " xəbər verir ki, “5/5” verilişində Aygün Kazımovaya sürpriz ediblər. Veriliş zamanı müğənni Namiq Qaraçuxurluya bənzəyən bir adamı səhnəyə gətiriblər. Bunu görən Aygün Kazımova çox təəccüblənib:

“Adam da adama belə oxşayarmış? Mən hündürdaban geyinəndə də Namiq bu boyda idi. Qaşları, saçı və saqqalı necə də oxşayır. Gedək indi o birisi otaqda deyim, tam oxşayırsan, yoxsa yox”.

Xatırladaq ki, xalq artisti Aygün Kazımova və müğənni Namiq Qaraçuxurlu uzun müddət sevgili olduqdan sonra ayrılıblar və Namiq Qaraçuxurlu ötən ilin oktyabrında yenidən ailə qurub.


Geri dön