Ana Sayfa > Karusel / İdman / M2 > Alina Kabayeva Rusiyanın ən böyük idman qəzetini də media qrupuna qatdı

Alina Kabayeva Rusiyanın ən böyük idman qəzetini də media qrupuna qatdı


9-03-2016, 14:24. Yazar: Xeberaz
Alina Kabayeva Rusiyanın ən böyük idman qəzetini də media qrupuna qatdı

Bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayeva “Sport-Ekspress” qəzetinin Direktorlar Şurasına rəhbərlik edəcək.

Viurtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın sözügedən ən böyük idman qəzeti Kabayevanın rəhbərlik etdiyi “Milli media qrupu”na (MMQ) daxil edilib.

Qəzet 1991-ci ildən nəşr olunur. Rusiyanın və bir neçə başqa ölkənin 309 şəhərində dərc edilən qəzet 220 min nüsxə tiraja malikdir.

Alina Kabayeva 2014-cü ildən MMQ-nin rəhbəridir. Qrupa “Peterburq-Pyatıy kanal” (72,4%), “Pervıy kanal” (25%), “Ren TV” telekanalı (68%), “İzvestiya” qəzeti (73,2%), “Rusiya xəbərlər xidməti” radiostansiyası (100%), “Art Pictures Vision” MMC (50%), “Metro-Peterburq” və “Discovery”, “Eurosport” kimi telekanalların Rusiya şöbələrini özündə birləşdirən “Media Alyans” daxildir.
Geri dön