Ana Sayfa > Karusel / Gündəm / M2 > Kürdəmirdə 5 yaşlı uşaq su quyusuna düşüb ölüb

Kürdəmirdə 5 yaşlı uşaq su quyusuna düşüb ölüb


9-03-2016, 00:16. Yazar: Xeberaz
Kürdəmirdə 5 yaşlı uşaq su quyusuna düşüb ölüb
Kürdəmir rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Topalhəsənli kəndində baş verib.

Nəzarətsiz qalan 2011-ci il təvəllüdlü Həzrət Rahim oğlu Abdullayev həyətdəki su quyusuna düşərək ölüb.

Rayon prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.

Geri dön