Ana Sayfa > Karusel / Hadisə / Səhiyyə / M2 > İmişlidə ana doğuşdan sonra öldü

İmişlidə ana doğuşdan sonra öldü


8-03-2016, 23:22. Yazar: Xeberaz
İmişlidə ana doğuşdan sonra öldü

İmişli rayonunda ana doğuşdan sonra ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunda məskunlaşan məcburi köçkün, 1982-ci il təvəllüdlü Əhmədova Pərigül Nuru qızı evdə uşaq dünyaya gətirmək istəyib.

Uşağı ölü doğulmuş anada daha sonra qanaxma başlayıb. O, İmişli rayon xəstəxanasının doğum evi şöbəsində aqonal vəziyyətdə çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Geri dön