Ana Sayfa > Karusel / Hadisə / M2 > 15 yaşlı gəlin qadınlar günündə intihar etdi - FOTO

15 yaşlı gəlin qadınlar günündə intihar etdi - FOTO


8-03-2016, 17:28. Yazar: Xeberaz
15 yaşlı gəlin qadınlar günündə intihar etdi - FOTO


Türkiyədə 15 yaşlı gəlin intihar edib.

"Xəbəraz.az " Türkiyə mətbuatına istinadən bildirir ki, Suriya əsilli Mafe Zafur ov tüfəngi ilə özünə qəsd edib.

Bacısını qanlar içərisində görən Cihat onu xəstəxanaya çatdırsa da, gəlin yolda həyatını itirib. Onun üzərindən, sadəcə, nikaha məxsus sənəd tapılıb. Qadının meyiti morqa göndərilib. İntihar səbəbi onun psixoloji vəziyyəti ilə əlaqələndirilib.

Qeyd edək ki, o, 2015-ci ilin avqust ayında xalasının oğlu ilə ailə qurub. Onların evliliyi 6 ay davam edib. Qadın əri tərəfindən tərk edilərək küçəyə atılıb. Daha sonra o, qardaşının evinə sığınıb.
Geri dön