Ana Sayfa > Karusel / Hadisə / M2 > Maşınla yolda uzanmış adamın üstündən keçdi

Maşınla yolda uzanmış adamın üstündən keçdi


8-03-2016, 15:45. Yazar: Xeberaz
Maşınla yolda uzanmış adamın üstündən keçdi


Martın 1-də saat 20 radələrində Suraxanı rayonunun H.Əliyev prospektində Bakı sakini Hüseyn Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şirvan sakini Təvəkkül Sevdimalıyevi vurub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən T.Sevdimalıyev martın 7-də orada ölüb.

***

Oxşar hadisə Şərurda da baş verib.

Martın 6-da saat 20 radələrində Şərurun Yuxarı Daşarx kəndində rayon sakini Mahir Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində uzanmış vəziyyətdə olan kənd sakini Elməddin Cəlalovun üstündən keçib.

Xəstəxanaya yerləşdirilən E.Cəlalov martın 7-də orada ölüb.

***

Gəncədə isə martın 6-da saat 21 radələrində şəhər sakinləri Vüqar Paşayevin idarə etdiyi “VAZ-2107” və Xaliq Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə X.Əliyevin 1 sərnişini, V.Paşayevin isə 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Geri dön