Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > Balıqçı gəmisindən cəbbəxana çıxdı - VİDEO - FOTO

Balıqçı gəmisindən cəbbəxana çıxdı - VİDEO - FOTO


8-03-2016, 13:50. Yazar: Xeberaz
Balıqçı gəmisindən cəbbəxana çıxdı - VİDEO - FOTO

Avstraliya Hərbi-Dəniz Qüvvələrinin "HMAS Darwin" gəmisi Somiliyə yönələn gəmini saxlayanda orada böyük miqdarda silah və sursat aşkarlayıb.
"Xəbəraz.az " Daily Mail-ə istinadən bildirir ki, Oman Sultanlığının sahillərinin yaxınlığında saxlanmış bu gəmidə 2 mindən artıq AK-47 avtomatı, 49 PKM pulemyotu, 100 qumbaraatan və sursat vardı.
Silahlar balıqçı torlarının altında gizlədilmişdi.
Avstraliyalı hərbçilərin dediklərinə görə, bu cəbbəxana BMT-nin Somaliyə qarşı tətbiq etdiyi silah və hərbi texnika embarqosunun pozulmasıdır.
Gəmidə tapılmış qaçaqmal silahın ümumi dəyəri 2 milyon dollardan artıqdır.
"HMAS Darwin" gəmisi terror, piratlıq və narkoticarətlə mübarizə məqsədilə yaradılmış beynəlxalq operativ hərbi-dəniz qruplaşmasının üzvüdür.




Geri dön