Ana Sayfa > Karusel / Dünya / M2 / Araşdırma > 1915-cu il hadisələri ABŞ-da faktlarla izah ediləcək

1915-cu il hadisələri ABŞ-da faktlarla izah ediləcək


14-04-2015, 15:47. Yazar: Xeberaz
1915-cu il hadisələri ABŞ-da faktlarla izah ediləcək

Türkiyənin Əsassız Soyqırım İddiaları ilə Mübarizə Təşkilatı (Asılsız Soykırım İddialarıyla Mücadele Derneği - ASIMED) aprelin 24-də ABŞ-da 1915-ci il həqiqətlərini faktlarla anlatacaq. Bu barədə Trend Türkiyənin Anadolu agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, təşkilat tərəfindən erməni quldur dəstələrinin 1921-ci ildə Qafqazda və Türkiyə ərazisində törətdiyi qırğınlar haqqında faktlar və sənədlər əsasında ABŞ ictimaiyyətinə məlumat veriləcək.

Məlumatda da bildirilir ki, təşkilat eyni zamanda Dağlıq Qarbağın ermənilər tərəfindən işğal edilməsi və Azərbaycan torpaqlarında kütləvi qırğınların törədilməsi faktları ilə bağlı məlumatlatı da ABŞ ictimaiyyəti ilə bölüşəcək.
Geri dön