Ana Sayfa > Karusel / Dünya / M2 / Fotogalereya > İŞİD İraqdan çıxarılır

İŞİD İraqdan çıxarılır


14-04-2015, 15:24. Yazar: Xeberaz
İŞİD İraqdan çıxarılır

Pentaqon İŞİD-in ərazi itkilərini hesablayıb
Pentaqon "İraq Şam İslam Dövləti" (İŞİD) ərazi itkiləri barədə hesabat hazırlayıb.

ANS PRESS-in məlumatına görə, Amerika Müdafiə Nazirliyinin saytında dərc edilmiş infoqrafikaya əsasən, ötən ilin avqustundan ötən 8 ay ərzində İŞİD İraqda 13 min kvadrat kilometr ərazidən 17 min kvadrat kilometrədək ərazi itirib.

Suriyada qruplaşmanın təsiri də praktik olaraq dəyişməyib: İŞİD Es-Suveyda şəhərində, Dəməşq, Homs əyalətlərində bəzi ərazilərə nəzarəti saxlasa da, Hələb və Xaseke regionlarından çıxarılıb.

Pentaqonun rəsmi nümayəndəsi Stiv Uorren bildirib ki, bir neçə aydır ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-ə hava zərbələri endirir, İraq qüvvələri isə quru əməliyyatları həyata keçirir. İŞİD tutduğu ərazinin ön cəbhəsində cənuba və qərbə doğru geri oturdulur.

O, "İŞİD-la müharibədə dönüş anı baş veribmi" sualına cavabında deyib: "Hələ bu barədə danışmaq tezdir."

Xatırladaq ki, İŞİD 2014-cü ildə Suriyanın və İraqın bir hissəsini tutub və bu ərazilərdə xəlifəliyini elan edən terror qruplaşmasıdır.
Geri dön